lider-media.az

Mədəniyyət naziri Adil Kərimli Neftçala rayonunda vətəndaşları qəbul edib

Baxış: 436 Tarix: 13-03-2025, 16:20

related-images

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Neftçala, Salyan, Biləsuvar, Hacıqabul rayonları və Şirvan şəhərindən olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub. Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını qeyd edib..

Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi