lider-media.az

FHN-in Aran Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib (video, foto)

Baxış: 370 Tarix: 13-03-2025, 15:43

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir “ASAN xidmət” mərkəzində “Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan Kürdəmir “ASAN xidmət” mərkəzinin şəxsi heyətinin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşqdə FHN-in Aran Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası, Kürdəmir “ASAN xidmət” mərkəzinin heyəti, yeri təcili və təxirəsalınmaz tibbi yardım bölməsi iştirak edib.

Məşq zamanı “ASAN xidmət” mərkəzinin şəxsi heyətinin şərti baş vermiş fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyəti simulyasiya edilib, “hadisə yerinə” operativ çatan FHN-in qüvvələri tərəfindən “yanğın-xilasetmə əməliyyatı” icra olunub.

Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi