lider-media.az

Polis Cəbrayılda şagirdlərlə maarifləndirmə tədbiri keçirib

Baxış: 139 Tarix: 13-03-2025, 15:40

Cəbrayıl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudov narkotik vasitələrin insan həyatına, düşüncə qabiliyyətinə göstərdiyi mənfi təsirlərdən danışıb. O, narkomaniyaya aludə olan şəxslərin ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından, sağlamlığın bərpası prosesinin çətin olduğundan söhbət açıb. Gənclərə pis vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi keçirmələri, dərslərini yüksək qiymətlərlə oxumaları tövsiyə edilib.

Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar. Sonda maraq doğuran suallar cavablandırılıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi