lider-media.az

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Baxış: 441 Tarix: 13-03-2025, 13:04

Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb. 
 

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib.  
 

Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər. 
 

Görüşdə elmi inkişafın qarşısını alan maneələr və tədqiqatların praktik tətbiqi sahəsindəki imkanlar barədə müzakirələr aparılıb. 
 

Sonda Emin Əmrullayev alimlərin suallarını cavablandıraraq onların təklif və fikirlərinin nəzərə alınacağını və elmin inkişafını dəstəkləmək üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi