lider-media.az

MEK “100 yaşlı kitabxana” adlı virtual sərgini təqdim edir

Baxış: 442 Tarix: 13-03-2025, 11:31

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 100 illik yubileyi münasibətilə “100 yaşlı kitabxana” adlı virtual sərgi təqdim edir. Sərgi MEK-in fondlarında saxlanılan nəşrlər əsasında hazırlanıb. Burada Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kitabxana haqqında dəyərli fikirləri, eləcə də Mərkəzi Elmi Kitabxananın yeni binasının tikilməsi ilə bağlı Sərəncam yer alıb. Bundan başqa, MEK-in tarixi, missiyası, hədəfləri, fondları və könüllülük fəaliyyəti haqqında məlumatlar, foto və videotəlimatlar da sərgidə nümayiş olunur.Sərgilənən nəşrlər arasında Prezident İlham Əliyevin sərəncamına əsasən AMEA Rəyasət Heyətinin Tədbirlər Planına uyğun olaraq MEK-in tərtib etdiyi  biblioqrafik göstəricilər və soraq-biblioqrafik məlumat kitabları da yer alır.Sərgidə həmçinin “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası çərçivəsində nəşr olunan şəxsi biblioqrafiyalar da təqdim edilir.MEK-də ənənəvi formada da təşkil edilən sərgi ilboyu mütəmadi olaraq yenilənəcək və davam etdiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi