lider-media.az

“Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində “Gametech - oyun texnologiyaları” və “CulTech - mədəniyyət sahəsində startaplar”a dair dəyirmi masalar təşkil edilib

Baxış: 149 Tarix: 12-03-2025, 17:22

news-detail

Dəyirmi masalar yaradıcı sənayelər, oyun ekosistemi və mədəniyyət sahəsində fəaliyyət göstərən startaplar, investorlar və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib. Açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov hər iki sektorun sürətlə inkişaf etdiyini və startap ekosisteminin dəstəklənməsinin vacibliyini vurğulayıb.

Tədbirlər çərçivəsində oyun və mədəniyyət startapları üçün yeni imkanlar, qrant proqramları, texnoloji infrastrukturun gücləndirilməsi, beynəlxalq tədbirlərdə iştirak və investisiya imkanları kimi mövzular müzakirə olunub. İştirakçılara “GameTech” və “CulTech” sektorlarının inkişaf perspektivləri, ötən il görülən işlərin statistikası və gələcək planlar barədə təqdimatlar edilib.

Dəyirmi masalar hər iki sahədə innovativ təşəbbüslərin dəstəklənməsi və sektorların inkişafı üçün vacib platformaya çevrilərək, iştirakçılar arasında fikir mübadiləsi və gələcək əməkdaşlıqlar üçün zəmin yaradıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi