lider-media.az

Əli Əsədov Belarusun yeni təyin olunan Baş nazirini təbrik edib

Baxış: 37 Tarix: 12-03-2025, 12:20

image

Azərbaycanın Baş naziri Əli Əsədov Aleksandr Turçini Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.  Ə.Əsədov təbrik müraciətində Azərbaycan ilə Belarus arasında iki xalqı birləşdirən dostluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan, ardıcıl olaraq genişlənən və dərinləşən qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Qeyd olunub ki, fəal siyasi dialoq, intensiv təmaslar, ikitərəfli və çoxtərəfli formatlarda sıx qarşılıqlı fəaliyyətlə səciyyələnən dövlətlərarası münasibətlər xüsusi məmnunluq doğurur.Ə.Əsədov, həmçinin Azərbaycan və Belarus prezidentlərinin iki ölkənin dost xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş tapşırıqlarının icrası istiqamətində birgə fəal işləməyə hazır olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi