lider-media.az

FHN tərəfindən Qarabağ Universitetində nümunəvi dərs keçirilib

Baxış: 132 Tarix: 11-03-2025, 14:00

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin mülki müdafiə və fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə Qarabağ Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.Nümunəvi dərsdə Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına geniş məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi