lider-media.az

AZAL: Moskva üzərində hava məkanı açılıb, Bakı-Moskva marşrutu üzrə reyslər yola düşüb 

Baxış: 390 Tarix: 11-03-2025, 13:40

AZAL: Moskva üzərində hava məkanı açılıb, Bakı-Moskva marşrutu üzrə reyslər yola düşüb YENİLƏNİB

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.

AZAL-dan  bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi