lider-media.az

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Baxış: 166 Tarix: 11-03-2025, 12:02

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lider-media.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Mart ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanmışdır.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi