lider-media.az

Xankəndi və Şuşada “Azəriqaz” İB ilə birgə əmək yarmarkaları keçiriləcək

Baxış: 275 Tarix: 10-03-2025, 16:08

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Xankəndi və Şuşa şəhərlərində əmək yarmarkaları keçirəcək. 

Yarmarkalar:

  •     Xankəndidə martın 11-də saat 10:00-da Qarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47), 
  •     Şuşada isə martın 12-də saat 10:00-da Dövlət Xidmətləri Mərkəzinin inzibati binasında, (Şuşa şəhəri, Zəfər küçəsi, 3) təşkil olunacaq. 

Tədbirlərdə “Azəriqaz” İB-nin Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim ediləcək.

Xankəndi və Şuşada “Azəriqaz” İB ilə birgə  əmək yarmarkaları keçiriləcək


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi