Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib


AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamda AR Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə dahi Azərbaycan bəstəkarın anadan olmasının 140-cı ildönümünə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2025-ci il tarixli iclasında qərar qəbul edilib və AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Üzeyir Hacıbəylinin yubileyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması ilə bağlı təkliflərini təqdim etmələri tapşırılıb. AMEA rəhbəri ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsinin hazırlanaraq, AMEA-nın Rəyasət Heyətinə təqdim olunduğunu diqqətə çatdırıb.
Tədbirlər planında “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik”, “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti”, “Üzeyir Hacıbəylinin publisistikasında dil məsələləri”, “Üzeyir Hacıbəylinin Azərbaycanın ictimai-siyasi fikir tarixində yeri”, “Üzeyir Hacıbəylinin yaradıcılığı və maarifçilik fəaliyyəti”, “Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları”, “Xalq düşüncəsinin ecazkarlığı: səsdə və bədii sözdə”, “Azərbaycan musiqişünaslığında Üzeyir Hacıbəyli imzası”, “Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş romansları”, “Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti”, “Üzeyir Hacıbəyli – 140” mövzusunda konfrans, dəyirmi masa, virtual sərgi və bir sıra nəşrlərin çapı yer alıb.
Müzakirələrdən sonra Üzeyir Hacıbəylinin 140 illiyi bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||