lider-media.az

AMEA-da 27 mart - “Elm Günü”nə həsr olunmuş tədbir keçiriləcək

Baxış: 153 Tarix: 9-03-2025, 08:31


 

 

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ AMEA-da 27 mart - “Elm Günü”nün keçirilməsi haqqında olub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda “Elm Günü” olaraq məhz Azərbaycan Milli Elmlər Akademiyasının təsis edildiyi tarixin müəyyən edilməsi dövlət başçısı tərəfindən AMEA-ya, Azərbaycan elminə və Azərbaycan alimlərinə göstərilən yüksək diqqət, qayğı və etimadın bariz nümunəsidir. Vurğulayıb ki, 80 illik tarixi inkişaf yolu keçmiş Akademiyaya bu yüksək etimadın əsasında həm də müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşmasında, milli ziyalı elitasının yetişdirilməsində AMEA-nın fəaliyyəti dayanır.

“Hazırda Azərbaycan elminin və onun əsas aparıcı mərkəzlərindən olan Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı yeni reallıqlara uyğun olaraq davam etdirilməkdədir. Bu inkişafın əsasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi və ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək, Azərbaycan dövlətinin elmi fəaliyyət sahəsində məqsədyönlü şəkildə reallaşdırdığı islahatların tərkib hissəsi olmaq təşkil edir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

AMEA rəhbəri bildirib ki, “Elm Günü”nün qeyd edilməsi elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

İclasda AMEA-nın “Elm Günü”nə həsr edilmiş tədbirinin 10 aprel 2025-ci il tarixində keçirilməsi qərara alınıb və tədbirin proqramı təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi