lider-media.az

Səhiyyə naziri Teymur Musayev Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi ilə görüşüb

Baxış: 140 Tarix: 7-03-2025, 14:38

A formal meeting in a conference room with four men seated at a long table, featuring the Azerbaijani flag and portraits on the wall.

Səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədov ilə görüş keçirib.
Görüş zamanı Mentorluq proqramının əhəmiyyəti, qaliblərin peşəkar inkişafına verdiyi töhfə və səhiyyə sahəsində müasir idarəetmə perspektivləri müzakirə edilib. Nazir Ayaz Məmmədovu qalibiyyəti münasibətilə təbrik edərək onun əldə etdiyi uğurun gələcək karyerasında yeni imkanlar açacağına inandığını bildirib. O, Mentorluq proqramının peşəkar kadrların inkişafına verdiyi töhfəni vurğulayaraq qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
“Yüksəliş” müsabiqəsinin peşəkar rəhbər şəxslərin yetişməsində oynadığı mühüm rolu yüksək qiymətləndirən nazir onların dəstəklənməsinin ölkənin səhiyyə sisteminin davamlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Two men in formal attire sit at a table with documents. They appear serious, with a neutral background.
Two men in formal attire sit at a table, with documents in front of them, against a backdrop of light curtains.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi