lider-media.az

"Fövqəladə Hallar Könüllüləri" Proqramının 3-cü mərhələsinə qeydiyyat başladı

Baxış: 219 Tarix: 7-03-2025, 14:32

Fövqəladə hallara hazırlıq üzrə tədbirlərdə gənclərin fəal iştirakını təmin etmək, o cümlədən təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar gənclərin dəstəyindən faydalanmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə Hallar Könüllüləri” Proqramı fəaliyyət göstərir.

Proqrama qoşulmaq üçün təhsil səviyyəsindən asılı olmayaraq, 18-30 yaş arası şəxslər müraciət edə bilər.İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar nəzəri və təcrübi biliklər qazanmaq üçün FövqəladəHallar Nazirliyinin mütəxəssisləri tərəfindən yanğın təhlükəsizliyi, mülki müdafiə, axtarış-xilasetmə işi, ilk yardım, ilkin psixoloji yardım, su hövzələrində təhlükəsizlik, fövqəladə hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.Təlim proqramını uğurla başa çatdırmış könüllülərə proqramın sonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq sertifikat veriləcək.Könüllü kimi fəaliyyət göstərmək istəyən şəxslər 30 mart 2025-ci il tarixinədək https://forms.gle/uReTXNqZHWWaTnLcA səhifəsinə daxil olmaqla müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi