lider-media.az

Hökumətin hesabatı Milli Məclisə daxil olub

Baxış: 301 Tarix: 6-03-2025, 17:19

image

Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub. Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.Hesabatın gələn həftə ərzində keçiriləcək qanunverici orqanın plenar iclasında təqdim edilməsi nəzərdə tutulub.Qeyd edək ki, hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabinetinin fəaliyyəti yer alır.Xatırladaq ki, "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyətləri barədə hesabat verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi