lider-media.az

Od çərşənbəsində məktəblilər “ETSN-də bir gün” layihəsində iştirak ediblər

Baxış: 292 Tarix: 6-03-2025, 11:09

Uşaqların ətraf mühitin mühafizəsi sahəsinə maraq və məlumatlılığını artırmaq məqsədilə növbəti tədbir Od çərşənbəsində həyata keçirilib, Kaspi liseyinin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olaraq Nazirliyin fəaliyyət sahələri ilə tanış olmaq imkanı əldə ediblər.
 Şagirdlərə öncə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyəti, analizlərin və monitorinqlərin aparılması üsulları mövzusunda məlumatlar verilib, ölçmə cihazları göstərilib. Təlimin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Daha sonra uşaqlar ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Aysel Rzayeva, Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova ilə görüşüb. İnteraktiv formatda keçirilən görüş zamanı ətraf mühitin mühafizəsi ilə bağlı şagirdlərlə səmimi söhbət və müzakirələr aparılıb, sualları cavablandırılıb, Novruz çərşənbəsinin ənənəsi olaraq uşaqlarla yumurta döyüşdürülüb.

Tədbirin davamı olaraq şagirdlər Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi ilə tanış olub, “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyası (Orxus Konvensiyası) barədə məlumatlanıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi