lider-media.az

“E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq müsabiqədə qızıl mükafata layiq görülüb

Baxış: 361 Tarix: 6-03-2025, 06:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq onlayn “AVA Digital Awards” müsabiqəsində “Veb sayt – dövlət” kateqoriyası üzrə qızıl mükafata layiq görülüb. (https://enter.amcpros.com/ava/entry/e-social/)“E-sosial” portalının vətəndaşlar üçün bir kliklə 100-dən çox e-xidməti əlçatan etməsi, pensiya kalkulyatoru, həmçinin e-arayışları yükləmək və yoxlamaq imkanı yaratması müsabiqədə yüksək qiymətləndirilib. Sözügedən müsabiqəyə 30-a yaxın ölkədən müxtəlif dövlət qurumları, həmçinin “Samsung”, “The Grove”,  “MJ2 Marketing” kimi nüfuzlu beynəlxalq təşkilatlar, univeristetlər və tədqiqat institutları daxil olmaqla  2900  qurumdan müraciət daxil olub.  “AVA Digital Awards” rəqəmsal kommunikasiyada mükəmməlliyi qiymətləndirən beynəlxalq müsabiqədir. 1994-cü ildə təsis edilən mükafat rəqəmsal medianın konsepsiyası, istiqaməti, dizaynı və istehsalı ilə məşğul olan yaradıcı mütəxəssislərin nailiyyətlərini dəyərləndirir. 

“E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq müsabiqədə  qızıl mükafata layiq görülüb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi