lider-media.az

Bakı Şəhər DYP İdarəsinin və AYNA-nın birgə MƏLUMATI

Baxış: 255 Tarix: 5-03-2025, 11:01

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verir ki, 5 mart 2025-ci il tarixində paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcəkdir. 

Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər. 

Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi