lider-media.az

Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib

Baxış: 302 Tarix: 4-03-2025, 21:34

Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, Mülki Müdafiə Gününün qeyd olunmasının məqsədi və əhəmiyyəti barədə məlumat verib. 
Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev isə mülki müdafiə işinin daim nəzarətdə saxlanılmasının, təkmilləşdirilməsinin və fövqəladə halların idarə edilməsi mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq mülki müdafiənin təşkilində hər bir əməkdaşın rolu olduğunu qeyd edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev mülki müdafiə sahəsində vətəndaşların vəzifələrindən bəhs edərək, fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl olunmasının vacibliyini qeyd edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi