lider-media.az

Prezident İlham Əliyevin sabah Türkiyəyə səfəri gözlənilir

Baxış: 231 Tarix: 4-03-2025, 19:19

Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.O bildirib ki, səfər Türkiyə liderinin dəvəti ilə baş tutacaq.Görüşdə cari regional və qlobal hadisələr, həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində təməli 25 sentyabr 2023-cü ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı bağlantı vasitəsilə keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi