Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə qarşılıqlı sadiqlik təsdiq edilib.Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında Qazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətin səbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkkür edib.
Tərəflər prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri sayəsində Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının hərtərəfli inkişaf etdiyini qeyd ediblər.Qarşılıqlı səfərlərin və yüksək səviyyədə görüşlərin iki ölkə arasında münasibətlərin bütün spektri üzrə səmərəli qarşılıqlı fəaliyyətə zəmin yaratdığı vurğulanıb.İşğaldan azad edilmiş Füzuli şəhərində ötən ilin martında iki dövlət başçısının iştirakı ilə açılışı olmuş Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə Qazaxıstan Prezidentinə minnətdarlıq ifadə edilib.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Hökumət başçıları 165 sənəddən ibarət çox geniş müqavilə-hüquq bazasında öz əksini tapmış ikitərəfli əməkdaşlığın möhkəm tarixini qeyd ediblər.
Tərəflər iqtisadi-ticari əməkdaşlığın yüksək səviyyədə olmasını alqışlayıblar. Qeyd olunub ki, ötən ilin yekunlarına əsasən, qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkil edib, eyni zamanda, iki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin həcminin artırılması üçün bundan sonra da birgə səylər göstərmək niyyəti təsdiqlənib. Bu xüsusda əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqramın icrasının vacibliyi qeyd edilib.
İnvestisiya əməkdaşlığının inkişafının vacibliyini vurğulayan tərəflər qarşılıqlı faydalı layihələrə birgə investisiyaların dəstəklənməsi üçün birgə investisiya fondunun yaradılmasından məmnunluq ifadə ediblər.Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi və qarşılıqlı tədarük həcminin artırılması məsələləri də müzakirə olunub.
Nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb.
Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verilib. Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfə verə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyi vurğulanıb.
Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeyd edilib. Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.Tərəflər Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün nəzərdə tutulmuş “Rəqəmsal İpək Yolu” strateji kommunikasiya layihəsinin ardıcıl təşviqi üzrə birgə səyləri alqışlayıblar.
Neft-qaz sahəsində əməkdaşlığın müsbət inkişafını qeyd edən hökumət başçıları Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə üçüncü ölkə bazarlarına tranziti üzrə qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə ediblər.
Yaşıl enerji sahəsində əməkdaşlığın aktuallığı qeyd edilib. Ə.Əsədov bildirib ki, Azərbaycan iqlim gündəliyinin təbliğinə xüsusi əhəmiyyət verir və COP29 konfransı bunun bariz nümunəsi olub.Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunan hökumət başçıları fevral ayında İranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunun nəticələrini alqışlayıblar. Xəzər dənizinin dayazlaşması problemindən Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edən Ə.Əsədov Azərbaycan Prezidentinin Xəzər dənizinin dayazlaşmasının səbəblərini müəyyən etmək və dayandırmaq üçün tədbirlərin müəyyən edilməsi üzrə ekspert qrupunun yaradılması təşəbbüsünü dəstəklədiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
Xəzər dənizinin dibi ilə dərin dəniz enerji kabelinin çəkilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu baxımdan COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasının əhəmiyyəti vurğulanıb.
Tərəflər mədəni-humanitar sahədə əməkdaşlığın inkişaf tempini müsbət qiymətləndirib və qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ənənəsinin bərpasını alqışlayıblar. Təhsil, elm, səhiyyə və idman sahələrində mübadilələrin uğurla həyata keçirildiyi qeyd edilib. Ə.Əsədov qazaxıstanlı idmançılara cari ilin sentyabr-oktyabr aylarında Gəncədə və Azərbaycanın digər şəhərlərində keçiriləcək III MDB Oyunlarında uğurlar arzulayıb. Qarşılıqlı turist axınının artım dinamikası müsbət qiymətləndirilib.Hökumət başçıları Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.Danışıqlardan sonra icbari tibbi sığorta sahəsində əməkdaşlığa, elmi nəşrlərin siyahısının formalaşdırılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi haqqında Sazişin təsdiqinə dair sənədlər imzalanıb.









ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb