lider-media.az

Ağdaşda işəgötürənlərlə görüş olub

Baxış: 487 Tarix: 3-03-2025, 13:31

Ağdaşda işəgötürənlərin qəbulu keçirilib və əməkdaşlıq imkanları müzakirə olunub. Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Marsol MMC, AKİAB və ATİB-ın partnyor şirkətlərinin nümayəndələri ilə görüşüblər.   İşgüzar nahar formatında keçirilən görüşdə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürənlərin fəaliyyətinin təkmilləşdirilməsi, regionda investisiya imkanlarının genişləndirilməsi və s. məsələlər müzakirə olunub. İşçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, layiqli əməyin təmin olunması və sosial-iqtisadi inkişafa töhfə verəcək təşəbbüslərin dəstəklənməsi diqqət mərkəzində olub. İşəgötürənlər üçün mövcud dövlət proqramları və məşğulluq mexanizmləri barədə məlumat verilib. Əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı və işlə təminat istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sosial tərəfdaşlığın genişləndirilməsi, Ağdaş rayonunda yeni iş yerlərinin yaradılması ilə bağlı təkliflər səsləndirilib, işəgötürənlərin sualları cavablandırılıb. 

Ağdaşda işəgötürənlərlə görüş olub



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi