lider-media.az

Tərtərdə 3-cü dərəcəli Vətən Müharibəsi əlili Kazımov Rahib Umudvar oğlunun övladının kiçik toy mərasimi

Baxış: 238 Tarix: 2-03-2025, 19:36

Toy mərasimdə Tərtər Rayon İcra Hakimiyyətini başçısının birinci müavini Elvin umudov, aparatın əməkdaşları, Vətən müharibəsi qaziləri və veteranları iştirak ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudov çıxış edərək qazinin övladına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu bizim mənəvi borcumuzdur.

Qeyd edək ki, Vətən müharibəsi qazisi, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Kazımov Rahib Umudvar oğlu Talış-Suqovuşan istiqamətində döyüşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Kazımov Rahib Umudvar oğlu “Suqovuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. 

Qazimiz və ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi