lider-media.az

Qərbi Azərbaycan İcmasının üzvü  Fəxri fərmanla təltif olunub

Baxış: 121 Tarix: 27-02-2025, 14:38



Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, İcmanın üzvü Təmraz Tağıyevi Fəxri fərmanla təltif edib.
Lider-media.az xəbər verir ki, T.Tağıyevi təbrik edən İcma sədri ona gələcək fəaliyyətində uğurlar arzulayıb, həmçinin yenidən Nərimanov bələdiyyəsinin sədri seçilməsi münasibətilə arzularını da bildirib.
Əslən Qərbi Azərbaycandan olan Təmraz Tağıyevə bu mükafat onun Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, həmçinin Qərbi Azərbaycan həqiqətlərinin təbliği istaqəmətində fəal fəaliyyətinə görə QAİ İdarə Heyətinin qərarı ilə verilib.

Qeyd edək ki, Təmraz Tağıyev 1960-ci il fevralın 15-də anadan olub.
2009-cu ildən <span;>2009-cu ildən Nərimanov Bələdiyyəsinin, 2016-cı ildən isə
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assossiasiyasının sədridir. Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi