lider-media.az

FHN-in Mülki müdafiə qoşunlarında Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib

Baxış: 345 Tarix: 1-03-2025, 13:09

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər. Bu sahədə ölkəmizdə son illər görülən işlər və qarşıda duran məsələlər barədə şəxsi heyətə geniş məlumat verilib.

Tədbirdə, həmçinin Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi