lider-media.az

DİN-dən növbəti innovativ addım - artıq vətəndaşlar E-Polis mobil tətbiqi vasitəsilə sürücülük vəsiqələrini də yeniləyə biləcəklər

Baxış: 183 Tarix: 28-02-2025, 10:41

Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib.

Belə ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər. Bunun üçün mobil tətbiqə daxil olaraq ”yeni” müraciət bölməsinə keçid etməli və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətini seçməlidirlər. “Müraciət et” düyməsini sıxdıqdan sonra sürücülük vəsiqəsinə aid məlumatlar avtomatik olaraq pəncərədə əks olunacaq. 

Vətəndaş dəyişdirilmə səbəbini qeyd etməli və sürücülük vəsiqəsini təhvil alacağı məntəqəni müəyyənləşdirməlidir. Sürücülük vəsiqəsində əks olunacaq şəkil üçün vətəndaş şəxsiyyət vəsiqəsində olan şəkili seçə və ya yeni şəkil yükləyə bilər. Yeni şəkil seçimində vətəndaşın üzü aydın görünməli və şəkil ağ fonda çəkilməlidir. Əgər hazırkı sürücülük vəsiqəsində vətəndaş eynəklidirsə, yeni şəkil də eyni formada çəkilməlidir. Növbəti mərhələdə dövlət rüsumu onlayn şəkildə ödənilir və sürücülük vəsiqəsinin dəyişdirilməsi “müraciətlərim” xanasında “gözləmədə” statusu şəklində görünür. 

Müraciət edilən məntəqədə sürücülük vəsiqəsi operator tərəfindən hazırlandıqdan sonra status “hazırdır” olaraq dəyişdirilir. Bundan sonra vətəndaş məntəqəyə yaxınlaşaraq yeni sürücülük vəsiqəsini əldə edə bilər.







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi