lider-media.az

Martın 1-dən Azərbaycanda Ramazan ayı başlayır.

Baxış: 420 Tarix: 28-02-2025, 09:38

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytına istinadən xəbər verir ki, bu il Qədr (Əhya) gecələri martın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edəcək.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, 30 mart - Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalı idi. Lakin Nazirlər Kabinetinin Qərarı ilə 28 mart iş günü ilə 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bu səbəbdən də 1 aprel rəsmi iş günü sayılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi