lider-media.az

Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər

Baxış: 407 Tarix: 27-02-2025, 20:35

 Milli Məclisin deputatları Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına keçiriləcək seçkiləri izləmək məqsədilə fevralın 28-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər.

 Səfər çərçivəsində  Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və deputat  Anatoliy Rafailov MDB Parlament Assambleyasının, deputat Azər Badamov isə MDB İcraiyyə Komitəsinin xətti ilə  Tacikistanda martın 2-də baş tutacaq seçkilərə hazırlıq prosesini izləyəcək və  seçki günü  məntəqələrdə vətəndaşların fəallığını müşahidə edəcəklər.

Səfər martın 3-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi