lider-media.az

Qvineya-Bisau Prezidenti komando hərbi hissəsində

Baxış: 129 Tarix: 27-02-2025, 19:45

 qvineya-bisau-prezidenti-komando-herbi-hissesinde-olub

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrindən birini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə təntənəli qarşılanma mərasimi olub.

Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi yeni simulyasiya vasitəsinə baxış keçirilib və hərbi qulluqçuların idman hazırlığı izlənilib.

Qonaqlar hərbi hissənin ərazisindəki qapalı atış şəhərciyi, əsgər yataqxanası, silah otağı, əşya anbarı, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya gələrək burada yaradılan şəraitlə tanış olublar.

Həmçinin hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib.

Hərbi hissədə Müdafiə Sənayesi Nazirliyinin, həmçinin “RTX” və “Improtex” şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgi nümayiş olunub.

Daha sonra nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib. Qvineya-Bisau nümayəndə heyətinə onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi