lider-media.az

Xocalı soyqırımı abidəsi ziyarət olunub

Baxış: 784 Tarix: 26-02-2025, 16:41

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. Amma cəmiyyətimizi sarsıtmaq üçün xüsusi qəddarlıqla törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antirerror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa edildi, Xocalı separatçılardan təmizləndi. Bu gün Xocalıda üçrəngli bayrağımız qürurla dalğalanır, keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdır, firavan gələcəyin və iqtisadi tərəqqinin əsası qoyulur. Bunlar haqq-ədalətin təntənəsini nümayiş etdirir.

Artıq Xocalı qətliamından 33 il keçir. Onilliklər keçsə də, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub.İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Abidənin önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi