1991-ci ildə Qarabağda müharibənin labüd olduğunu hamı başa düşürdü. Yaqub özü kimi qeyrətli, vətənsevər oğulları başına yığaraq iki oğlu ilə bərabər 1991-ci ilin yazında Ağdamda ilk döyüşən dəstələrdən birini "Qarabag şahinləri”ni yaradaraq ona başçılıq edir. O öz dəstəsi ilə Ağdamla Əsgəran arasında strateji əhəmiyyətli 19-cu post deyilən ərazini və Ağdamın ən böyük "Qaraağacı qəbiristanlığını" mərdliklə müdafiə edib qoruyurdu. Yaqubun "Qarabağ şahinləri" ermənilərə qənim kəsilir, onlara dinclik vermirlər. Tezliklə Qatır Məmmədin dəstəsinin şöhrəti bütün respublikaya yayılır. Respublikanın hər tərəfindən vətənpərvər oğullar Qatır Məmmədin dəstəsinə qoşulurlar. 1992-ci ildən bu dəstə böyüyərək əvvəlcə tabor, sonra da alay olur. Yaqubun başçılıq elədiyi alay Ağdam şəhərinin qorunması ilə bərabər ermənilərin məskunlaşdıqları Əsgəran, Xramort, Naxçıvanik, Pircamal, Aranzəmin, Dəhrəz və Fərrux kəndlərinin azad edilməsində rəşadət göstərmiş və igidliklə döyüşmüşdür.
26 fevral qanlı Xocalı faciəsi günü xocalılılara kömək məqsədilə hərbi hissənin bütün heyəti döyüşə atılır. Döyüşün ortasında düşmən güllələrindən biri tankın yanacaq bakını dəlib keçir. Tankı alov bürüyür. Canpolad qəhrəmancasına şəhid olur. Xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi yazmış Rzayev Canpolad Yaqub oğlu Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.
İgid Qəhrəmanımız Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Sağlığında Canpoladın dünyaya gələn ilk oğluna Atatürk, şəhid olandan bir ay sonra dünyaya göz açan ikinci oğluna isə Canpolad adı verilir. Canpolad Yaqubzadə müsahibələrində bildirib ki, atasının qisasının ermənilərdən alınması onun çoxdankı arzusu idi: “Mən ata görməmişəm. Ata qayğısı nədir bilmirəm. Atam şəhid olanda ana bətnində olmuşam. Doğulandan sonra babamın məsləhəti ilə mənə atamın adını veriblər. Ən çox üzüldüyüm odur ki, atamın qisasını almaq üçün döyüşlərdə iştirak edə bilmədim. Özüm də hərbçiyəm.
Canpoladın döyüşçü yoldaşı Birinci Qarabağ qazisi, kəşfiyyatçı Rey Kərimoğlu xatirələrində qeyd edir ki, “həmin gün Yaqub Rzayevin oğlu Canpolad Rzayev bizim gözümüz önündəcə böyük bir qəhrəmanlıq etdi. O, pulemyot atıcısı olduğu tankı düz Əsgəran tərəfdə taxta tikiliyə tərəf sürdürdü. Uzaqdan aydınca gördük ki, ermənilər təxminən 25-30 nəfər arvad-uşağı girov götürərək həmin tikiliyə necə saldılar. Canpolad tankı o tikiliyə sürdürüb həmin insanları xilas etdi. Bir qədər sonra ermənilərin hücuma keçən BMP-ləri ilə həmin tank heyətinin necə döyüşdüyünü də öz gözlərimizlə gördük. Canpoladın olduğu tank qəflətən sol tərəfdə --Naxçıvanik istiqamətində dərədən çıxıb xilas olan xocalılıları, bizim əsgərləri vurmağa başlayan erməni BMP-nin düz üstünə şığıdı. Amma mənə hələ də aydın olmayan səbəbdən tankımız erməni BMP-yə az qalmış manevr etdi, dayanıb yerində fırlandı... Elə bu vaxt erməni BMP-dən atılan mərmi düz bizim tankın açıqda olan pulemyotçu yerinə -- Canpolad olan tərəfə dəydi...”.
Bu gün Yaqub və Canpolad Rzayevlərin ruhları şaddır. 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Onların azad görmək istədikləri Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Xocalının Vətən Müharibəsi Şəhidləri
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb