lider-media.az

MEK Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş virtual sərgini təqdim edir

Baxış: 250 Tarix: 26-02-2025, 12:40

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş virtual  sərgini təqdim edir.MEK-in fondlarında saxlanılan nəşrlər əsasında hazırlanan sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin soyqırımla əlaqəli çıxışları, Birinci vitse-prezident Mehriban Əliyevanın və “Xocalıya Ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın dəyərli fikirləri yer alıb. Bundan əlavə, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan azad olunmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalı şəhərində Azərbaycan Bayrağının ucaldılması, həmçinin 26 fevral 2024-cü ildə Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimindən görüntülər, Xocalı soyqırımının faciəvi və dəhşətli səhifələrini əks etdirən məlumatlar, müxtəlif dillərdə kitab və jurnallar təqdim olunur.

Burada “Xocalıya ədalət!”, “Xocalı soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Xocalı şahidləri danışır”, “Azərbaycanlıların soyqırımı. Tarixin qanlı salnaməsi”, “Soyqırımı tarixinin dastanı”, “Xocalı ensiklopediyası”, “Xocalı şəhidləri 613”, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” IV beynəlxalq elmi konfransın materialları və digər nəşrlər nümayiş olunur.

Qeyd edək ki, oxucular virtual sərgi ilə yanaşı, MEK-də təşkil olunmuş ənənəvi sərgi ilə də yaxından tanış ola bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi