lider-media.az

Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib

Baxış: 157 Tarix: 25-02-2025, 13:59

NATO Müttəfiq Transformasiya Komandanlığında Azərbaycan, Portuqaliya, Rumıniya, Türkiyə və Yunanıstan nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə ölkəmizin ilk dəfə "Dəniz Təhlükəsizlik Mükəmməlliyi" (DGMM/MARSEC COE) mərkəzinə üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanıb.
Sözügedən mərkəzin əsas fəaliyyət istiqaməti üzv ölkələrin dəniz təhlükəsizliyinin təmin edilməsi üçün iştirakı, eləcə də digər ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsi məqsədini daşıyır.
İmzalanmış texniki razılaşma sənədinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcəkdir.
Bu tənzimləmə sənədinə uyğun olaraq, NATO-nun "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"ndə (DGMM/MARSEC COE) Azərbaycan bayrağı dalğalanacaq və burada ölkəmizin bir təmsilçisi daimi fəaliyyət göstərəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi