lider-media.az

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha

Baxış: 52 Tarix: 25-02-2025, 12:03

Əlahəzrət,

25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinə xüsusi əhəmiyyət veririk. Xoş ənənələrə əsaslanan dostluq münasibətlərimizin və əməkdaşlığımızın inkişaf dinamikası bizi sevindirir. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığımızı ayrıca vurğulamaq istərdim.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi