lider-media.az

Lənkərana yağan qarla bağlı operativ tədbirlər

Baxış: 131 Tarix: 24-02-2025, 12:04

Lənkəran rayonunda davam edən qarlı hava şəraitinin şəhər təsərrüfatına və nəqliyyatın infrastrukturuna mənfi təsirinin qarşısını almaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) müvafiq qurumları gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
 Rayon ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün tədbirlər planına uyğun olaraq genişmiqyaslı işlər həyata keçirilir. Gecə saatlarından etibarən yolların buz bağlamasının qarşısını almaq üçün yollara qum və duz səpilir, ağır texnikalar vasitəsilə yollar qardan təmizlənir. Hazırda da bu istiqamətdə işlər davam etdirilir və nəqliyyatın hərəkətində ciddi maneələr müşahidə olunmur.
Bununla yanaşı, Lənkəran ŞİH rayon ərazisində qaz, su və elektrik enerjisi təchizatında fasilələrin yaranmaması üçün aidiyyəti qurumlarla birgə fəaliyyətini davam etdirir. Hər hansı bir problem yarandığı təqdirdə dərhal operativ tədbirlər görülür və əhalinin normal yaşayış şəraitinin təmin edilməsi istiqamətində bütün mümkün addımlar atılır.
Qeyd edək ki, rayonun bütün ərazisində həyati əhəmiyyətli qida məhsullarının təminatında heç bir çatışmamazlıq yoxdur, şəhər İcra hakimiyyəti tərəfindən məsələ nəzarətdə saxlanılır.
 Lənkəran ŞİH qarlı hava şəraitini nəzərə alaraq, vətəndaşlara diqqətli olmağı, yol-nəqliyyat qaydalarına riayət etməyi və sürücülərin hava şəraitini nəzərə alaraq ehtiyatlı hərəkət etməsini tövsiyə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi