lider-media.az

Bərdədə zəhərlənənlərlə bağlı TƏBİB-dən AÇIQLAMA

Baxış: 216 Tarix: 23-02-2025, 15:32

Məlum olduğu kimi, Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb. TƏBİB-dən verilən məlumata görə, zəhərlənməyə səbəb dəm qazı olub.

"23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir" - deyə məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi