lider-media.az

Qayana Kooperativ Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd İrfaan Əliyə

Baxış: 258 Tarix: 23-02-2025, 12:05

Hörmətli cənab Prezident.                                            

Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edirəm.

Bu il ölkələrimiz əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Ötən dövr ərzində Azərbaycan ilə Qayana arasında formalaşmış dostluq münasibətləri əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratmışdır. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan səmərəli istifadə edərək birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsinə nail ola bilərik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim
əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi