lider-media.az

VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi vaxt müəyyənləşib

Baxış: 51 Tarix: 22-02-2025, 20:05

VI İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi vaxt müəyyənləşib


VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində keçiriləcək.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İslam İdman Oyunları Assosiasiyası məlumat yayıb. İdman tədbirinin Kamerunun paytaxtı Yaundedə keçirilməsi planlaşdırılsa da, qərara sonradan dəyişiklik edilib.

Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Məkkə şəhərində, 2009-cu ildə Tehranda, 2013-cü ildə Balinbanqda, 2017-ci ildə Bakıda və 2023-cü ildə Konyada keçirilib.

Mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə təşkil edilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olub. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi