lider-media.az

Hərdən belə də olur...

Baxış: 216 Tarix: 22-02-2025, 19:36

Fransanın Tuluza şəhərində qeyri-adi cinayət hadisəsi baş verib.
Fevralın əvvəlində iki oğru bir kişinin kredit kartını oğurlayaraq, siqaret və lotereya bileti alıblar.Lakin hadisənin ən maraqlı tərəfi budur ki, onlar həmin lotereya bileti ilə 500 min avro udublar.Müflisləşmiş cinayətkarlar qazandıqları pulu götürə bilməzlər, çünki qanunlara əsasən, uduşu yalnız kartın sahibi ala bilər. Lakin kart sahibi biletdən xəbərsizdir və onu tapa bilmir. Məhz buna görə, hüquqi çıxış yolu kimi, oğrularla pulu bölmək təklif olunub. Zərərçəkmiş şəxs öz vəkili vasitəsilə ictimaiyyətə müraciət edərək, oğrulara qazancın bir hissəsini təklif edib. O, ümid edir ki, oğrular tezliklə onunla əlaqə saxlayacaqlar. Hüquqşünas isə xəbərdarlıq edir: skretç-kartların müddəti bitə bilər, yəni oğruların çox vaxtı qalmayıb.

Beləliklə, indi bütün Fransa bu qəribə “cinayət trillerinin” sonunu maraqla gözləyir: oğrular görünəcəkmi? Və ən əsası – pulu necə böləcəklər?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi