lider-media.az

İlham Əliyev nümunəvi liderdir - Gürcüstan Prezidenti

Baxış: 127 Tarix: 22-02-2025, 09:09

İlham Əliyev nümunəvi liderdir - Gürcüstan PrezidentiGürcüstanın Prezidenti Mixeil Kavelaşvili REAL TV-nin rəhbəri Mir Şahin Ağayevə eksklüziv müsahibə verib.

Kavelaşvili müsahibəsində əvvəlcə Gürcüstanda keçirilən etiraz aksiyalarından danışıb.Gürcüstan Prezidenti qeyd edib ki, onlar baş verən aksiyalardan öncədən məlumatlı olublar. O, Gürcüstan vətəndaşlarına təşəkkür edərək bildirib ki, onlar iqtidarın yanında olaraq xaricdən gələn bu təhlükəni uzaqlaşdırdılar.Kavelaşvili Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvilinin əməllərini “keçmişin qalığı” adlandırıb.

Qonşu ölkə Prezidenti ABŞ-da keçirilən prezident seçkilərindən də söz açıb. O, qeyd edib ki, Gürcüstanın sağlam cəmiyyəti Donald Trampın qələbəsini arzu edirdi.Gürcüstan Prezidenti müsahibəsinin sonunda Azərbaycanla münasibətlərlən də danışıb. 

“Mən nümunəvi lider olan İlham Əliyev haqqında danışa bilərəm. Azərbaycana və İlham Əliyevə uğurlar arzu edirəm. Hesab edirəm ki, ilk səfərim Azərbaycana ola bilər. Azərbaycanla dostluqdan bəhs etdik. Ona görə də ilk səfərim Azərbaycana olmalıdır. Bu səfəri səbrsizliklə gözləyirəm”.

Ətraflı videoda:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi