lider-media.az

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib

Baxış: 415 Tarix: 21-02-2025, 19:05

Nazirlər Kabinetinin bildiriblər ki, Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində ölkəmizdə neft-qaz hasilatı sahəsində cari vəziyyət, əsas göstəricilər və perspektivlər, o cümlədən SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, 2035-ci ilədək hasilat proqnozları, Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri çərçivəsində işlənən və yeni yataqlar üzrə ehtiyat həcmləri, “Azneft” İstehsalat Birliyinin fəaliyyəti, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və modernizasiya layihəsinin icra vəziyyəti, neft-kimya məhsullarının istehsalı və ölkədaxili yanacaq tələbatı, SOCAR tərəfindən ölkə xaricində həyata keçirilən layihələr, SOCAR-ın maliyyə göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş təqdimatı dinlənilib, eləcə də iqtisadiyyat naziri (SOCAR-ın Müşahidə Şurasının sədri) Mikayıl Cabbarov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər. İqtisadi Şuranın üzvləri təqdim olunan məsələlərə dair geniş müzakirələr aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi