lider-media.az

Fevralın 22-də gözlənilən hava şəraiti

Baxış: 460 Tarix: 21-02-2025, 12:38

Bakıda və Abşeron yarımadasında  bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 5-8° şaxta olacaq. 
Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi