“ADNSU-100’ adlanan quyu barədə sertifikatı “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev ADNSU rektoru, dosent Rüfət Əzizova təqdim edib.
“Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev “Neft sənayesinin dayanıqlı gələcəyi: istiqamətimiz haradır?” mövzusunda fikirlərini bölüşüb. O, çıxışı zamanı Ulu Öndərin təhsil aldığı, Xoşbəxt Yusifzadə və çoxlu sayda digər tanınmış məzunları olan ADNSU-nun yetişdirdiyi mütəxəssislərin Vətənimizin enerji sektorunu yaradanları olduğunu bildirib. 4-cü Sənaye İnqilabı dövründə dayanıqlılıq standartlarını yüksəltməyə çalışan hasilat şirkətlərinin bu gün yeni təfəkkürlü, innovativ, bilikli gənclərə böyük ehtiyacı var: “Enerji sərvətlərimizin işləniməsi məsuliyyətli və dayanıqlı şəkildə aparılmalıdır ki, Azərbaycanın rifahına və qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam etsin. Balaxanı Əməliyyat Şirkəti ADNSU ilə əməkdaşlıq quraraq, sinif otağı ilə sənayeni biri-birinə yaxınlaşdırıb, qarşılıqlı şəkildə yeni ideya və inovativ təcrübələrlə çıxış edib ölkəmizin neft və qaz hasilatının dayanıqlılıq erasını birgə quracaq. ”
ADNSU rektoru, dosent Rüfət Əzizov isə dioqqətə çatdırıb ki, tarixi bir əsri aşan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yüksək potensiala malik təhsil ocağı olmaqla yanaşı, sənayeyə ən yaxın ali təhsil müəssisələrindən biridir. O, bildirib ki, bugünkü tədbirdə təmsil olunan hər iki təşkilat üçün insan kapitalının formalaşması, xalqa, dövlətə xidmət əsas hədəflərdəndir. Bu baxımdan şirkətlə təhsil müəssisəsi arasında qurulan əməkdaşlıq müsbət nəticə verəcək: “Əməkdaşlığımızda üç ümumi istiqamət vacibidir - müasir iş mühitinə uyğun kadrlar yetişdirmək üçün təhsil və tədqiqat proqramlarının həyata keçirilməsi, sənayenin təcrübəsindən istifadə edərək ADNSU tələbəsinin təhsildə keçirdiyi hər gününə praktiki faydanın qatılması, ekoloji mühafizə və dayanıqlılıq naminə elmə əsaslanan innovativ həll yollarının birgə işlənilməsi.”
Tədbir çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra ADNSU-nun rektoru “Balakahni Operating Company LTD”-nin prezidenti Rövşən Rzayevə “ADNSU-nun 100 illiyi Yubiley medalı”nı təqdim edib. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.
ADNSU-dakı “Danışır sənaye” silsilə mühazirələri çərçivəsində universitetə gələn qonaqlar Azİİ e-Kitab Evi və Tarix muzeyində olublar, Türkiyə-Azərbaycan Dostluq Mərkəzi və Şəhidlər üçün ucaldılmış Abidə kompleksini ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub.

.jpg)
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib YENİLƏNİB
Nazir ADNSU-nun yeni rektorunu kollektivə təqdim edib
Prezident İlham Əliyev Fərman imzaladı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb