lider-media.az

Beyləqan RİH-də növbəti vətəndaş qəbulu

Baxış: 992 Tarix: 19-02-2025, 20:22

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə icra hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
 Qəbul zamanı rayon rəhbəri ümumilikdə 23 nəfər rayon sakinini qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Əziz Əzizov vətəndaşların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
 
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi