lider-media.az

Naxçıvanda “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası'' mövzusunda tədbir keçirilib

Tarix: 19-02-2025, 18:46

Babək rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası'' mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Muxtar Respublikanın daxili işlər, səhiyyə nazirlikləri və Naxçıvan  Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Babək rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Babək rayon İcra Hakimiyəti başçısının müavini Səbinə Abbasova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. 

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması, bu pozuntuların baş verməsinə imkan verən səbəb və halların aradan qaldırılması, yetkinlik yaşına çatmayanların hüquqları və qanuni mənafelərinin qorunması, yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarının aşkar edilməsi və aradan qaldırılmasına dair tədbirlər,  həmçinin, yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur etmə hallarının qarşısının alınmasından bəhs edib.

Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova və  Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər.                                                                                                                                                                       

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi