lider-media.az

“Qızların təhsil hüququ” mövzusunda Konfrans keçiriləcək

Baxış: 327 Tarix: 19-02-2025, 17:30

          Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə  “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda Konfrans keçiriləcək.
           Komitədən verilən məlumatda bildirilib ki, məqsəd “Gənc qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsini genişləndirmək, təhsil ocaqlarında, akademik dairələrdə daha geniş auditoriyanın diqqətini qızların təhsilinə cəlb etmək, onların ictimai-sosial fəallığının artırılmasına dəstək olmaqdır. 
           Konfrans çərçivəsində Universitet ilə Komitə arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Memorandum imzalanacaq.
            Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, layihə benefisiarları iştirak edəcəklər. 
             Tədbir 20 fevral 2025-ci il tarixində, saat 09.30-da Bakı Dövlət Universitetinin Böyük akt zalında (Əsas korpus, 3-cü mərtəbə) təşkil olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi