lider-media.az

Şirvan bələdiyyəsinin ilk iclası keçirildi

Baxış: 1 597 Tarix: 19-02-2025, 14:30

 Azərbaycan Konstitusiyasının 144 cü maddəsinə ;Bələdiyyələrin statusu haqqında ; Azərbaycan Respublikası Qanununun 16- 1ci maddəsinə və Mərkəzi seçki komissiyasının 14 fevral 2025 ci il tarixli qərarına uyğun olaraq bələdiyyənin ilk iclasına bələdiyyənin ən yaşlı üzvü  Əli Bəşirli sədrlik etmişdir.
 

 Bələdiyyənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda gündəliyə əsasən sədr və müavinlərin seçilməsi məsələsi daxil edilmişdir. 

   Keçirilən səsvermənin nəticəsində Şirvan Bələdiyyəsinin üzvü Səfərov İlham Əıiağa oğlu sədr , Azadov Emin  Dadaş oğlu və Abışova Samirə Əli qızı sədr müavinləri seçiliblər.
  İclasda İlham Səfərov göstərilən etimada  görə,  bələdiyyə üzvlərinə təşəkkürünü bildirərək qarşıdakı 5 il müddətində xalqımızın  rifahı ,  dövlətimizin daha da çiçəklənməsi naminə göstərəcəkləri fəaliyyətdə uğurlar arzulayıb.

       

  Rasim Nəhmədov.

  Şirvan.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi