lider-media.az

Nazirliyin e-xidmətlərinə ötən ay 2,3 milyon müraciət edilib

Baxış: 27 Tarix: 19-02-2025, 11:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar ayında 2,3 milyon müraciət edilib. 

Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 700 min dəfə istifadə edilib. 26,1 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 50-dən çox xidmət proaktiv, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2025-ci ilin yanvar ayında Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 36 milyon olub.

Sosial şəbəkələrdə də bizi izləyin:

  Nazirliyin e-xidmətlərinə ötən ay 2,3 milyon müraciət edilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi