lider-media.az

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub

Baxış: 361 Tarix: 18-02-2025, 19:59

Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də Bakıda Heydər Əliyev Mərkəzində olub.Qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbər olduğu dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər - rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Natalya Koçanovaya bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Azərbaycanın qədim musiqi alətləri ilə tanışlıqdan sonra qonaq "Kukla sərgisi"nə və Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.

Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi